Azərbaycanın iki sərbəst güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub

Azərbaycanın daha bir sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Hacı Kərimov finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb. Camal Abbasov isə türkiyəli rəqibi Vahid Yılmaza 10:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

ƏvvəlkiAzərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
NövbətiSudanda vətəndaş müharibəsi başlayandan 3 000-dən çox insan həlak olub