Sudanda vətəndaş müharibəsi başlayandan 3 000-dən çox insan həlak olub

Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən silahlı qarşıdurma nəticəsində ölənlərin sayı üç mini keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat verib.

“Aprelin ortalarında başlayan silahlı toqquşmalardan indiyədək 3 000-dən çox insan ölüb, azı 6 000 nəfər yaralanıb”, – Sudan Səhiyyə Nazirliyinin rəhbəri deyib.

ƏvvəlkiAzərbaycanın iki sərbəst güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub
Növbəti“Avro-2024”: Azərbaycan millisi ilk xalını qazanıb