Avropa çempionatında 7 medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında çıxış edən Azərbaycanın sərbəst güləş millisi Vətənə qayıdıb.

“Report”un məlumatına görə, idmançıları Heydər Əliyev adına hava limanında idman ictimaiyyəti, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda sıralamasında ikinci yeri tutub. Yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutublar.

ƏvvəlkiSOCAR-la “PKN Orlen” arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib
NövbətiTbilisidə Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib