SOCAR-la “PKN Orlen” arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Polşanın “PKN Orlen” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Daniel Obajtek ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə SOCAR ilə “PKN Orlen” şirkəti arasında uzunmüddətli tərəfdaşlıqdan məmnunluq ifadə edilib, xam neftin ticarəti sahəsində əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində xam neft, neft məhsulları, maye neft qazı (LPG) təchizatı, habelə bərpa olunan enerji, rəqəmsallaşma və innovasiya sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAvropa çempionatı: Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov bürünc medal qazanıb
NövbətiAvropa çempionatında 7 medal qazanan Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar