Afrikada azərbaycanlı jurnalist öldürüldü

Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin öldürüldüyü barədə məlumat yayılıb.

Türk.az “Assoşeyted Press”ə istinadən xəbər verir ki, Sibut şəhərində naməlum şəxslər tərəfindən öldürülən jurnalistlərin üzərində “İzvestiya” qəzetinin vəsiqələri olub.

Rusiyanın MAR-dakı səfirliyi xəbəri təsdiqləyib, lakin öldürülən şəxslərin 2-də vəsiqələrin aşkarlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAzərbaycanda xınayaxdı mərasimində faciə: ÖLƏN VAR
Növbəti“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır