ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi təqdim edib

ABŞ Ukraynaya daha 1,3 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, yardım paketinə dörd NASAMS hava hücumundan müdafiə sistemi, “Phoenix Ghost” kamikadze dronları, “Switchblade” sursatları, minalardan təmizləmə və dron əleyhinə sistemlər və döyüş sursatları daxildir. Bu silahlar ABŞ tərəfindən sonradan Ukraynaya təhvil verilməsi üçün istehsalçılardan və ya tərəfdaşlardan alınacaq.

ƏvvəlkiVolodimir Zelenski Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
NövbətiPutin: Əgər bütün şərtlər yerinə yetirilərsə, Rusiya dərhal taxıl sazişinə qayıdacaq