Oktyabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 723 doza vaksin vurulub

Oktyabrın 9-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 723 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 204, ikinci doza vaksinlərin sayı 237, üç və daha çox doza vaksinlərin sayı 234, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 48-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 898 min 187, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 385 min 461, ikinci mərhələ üzrə 4 milyon 868 min 893, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 381 min 650, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 183-dür.

ƏvvəlkiOrdumuzun mövqeləri atəşə tutulub
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 67 yoluxma faktı qeydə alınıb