Ordumuzun mövqeləri atəşə tutulub

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

ƏvvəlkiAğdamda şəhidlərin xatirəsinə həsr olunmuş voleybol yarışına start verilib
NövbətiOktyabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 723 doza vaksin vurulub