Əlibaba Məmmədovun qızı vəfat edib

Xalq artisti Əlibaba Məmmədova ağır itki üz verib. “Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki,  xanəndənin qızı vəfat edib.

Əlibaba Məmmədov açıqlamasında xəbəri təsdiqləyib: “Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronavirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu.

Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq. Başsağlığınıza görə təşəkkür edirəm. Allah sizləri, əzizlərinizi qorusun”.

ƏvvəlkiUmayra Tağıyeva: Bu qışın ən soyuq günü gözlənilir
NövbətiCeyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib