Ceyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

“İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasio və karabiner bir əsgərin BMT konvoyuna edilən qorxunc hücum nəticəsində öldürülməsindən dərindən kədərləndim”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Həlak olanların ailələrinə və dost İtaliya xalqına başsağlığı veririk”, – nazir vurğulayıb.

ƏvvəlkiƏlibaba Məmmədovun qızı vəfat edib
NövbətiAzərbaycanda koronavirusdan 75 nəfər sağalıb, 72 yeni yoluxma faktı qeydə alınıb