Azərbaycanda koronavirusdan 75 nəfər sağalıb, 72 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 75 nəfər müalicə olunaraq sağalıb, 72 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 233 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 836 nəfər müalicə olunaraq sağalıb, 3202 nəfər vəfat edib. Aktiv xəstə sayı 2163 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 555 min 58 test aparılıb. Bugünkü test sayı isə 3942-dir.

ƏvvəlkiCeyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib
NövbətiAzərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir