“Zirə” minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi olmuş rəqibi 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.

ƏvvəlkiXocavənd istiqamətində növbəti təxribatın qarşısı alınıb
NövbətiAVRO-2024: Azərbaycan millisi Bakıda Belçika yığmasına məğlub olub