Xocavənd istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 9-u saat 19:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

ƏvvəlkiHikmət Hacıyev: Bakı İrəvandan təcili danışıqların aparılması ilə bağlı təklif almayıb
Növbəti“Zirə” minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub