Hikmət Hacıyev: Bakı İrəvandan təcili danışıqların aparılması ilə bağlı təklif almayıb

Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqların aparılması ilə bağlı təklif almayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra ölkələrin liderləri ilə telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyevlə “təcili görüşün” keçirilməsini istədiyini deyib.

ƏvvəlkiXİN: “Moldova Azərbaycanın Qarabağ bölgəsindəki qondarma “seçkiləri” tanımır”
NövbətiXocavənd istiqamətində növbəti təxribatın qarşısı alınıb