AVRO-2024: Azərbaycan millisi Bakıda Belçika yığmasına məğlub olub

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.

“Dalğa Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb.

Qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran belçikalılar F qrupunda liderliyə yüksəliblər. Azərbaycan yığması isə hesabındakı 1 xalla sonuncu yerdə qalıb.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.

Əvvəlki“Zirə” minifutbol üzrə Çempionlar Liqasında üçüncü yeri tutub
NövbətiHərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açılıb