Zelenski Baydenlə son saatlarda baş verənləri müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefonla danışıb və “son saatların hadisələri”ni müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdəki hesabında yazıb.

“Baydenlə son saatlardakı hadisələri müzakirə etdim”, – Zelenski qeyd edib. O, Böyük Britaniyanın Baş naziri Boris Consonla da danışmağı planlaşdırdığını əlavə edib.

Hazırda Zelenskinin rəhbərliyi altında ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilir.

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına başlayırıq”, – dövlət başçısı əlavə edib.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyini tanıdığını elan etməsindən bir neçə dəqiqə sonra paylaşım edib.

ƏvvəlkiNATO Baş katibi: “Rusiyanın Donetsk və Luqanskı tanımasını pisləyirəm”
NövbətiMilli Məclisin komitə sədri İrəvanda Ermənistanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb