NATO Baş katibi: “Rusiyanın Donetsk və Luqanskı tanımasını pisləyirəm”

“Mən Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.

“Report” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq özünün tviterdəki hesabında yazıb.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, – NATO rəhbəri əlavə edib.

ƏvvəlkiFransa Prezidenti Müdafiə və Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
NövbətiZelenski Baydenlə son saatlarda baş verənləri müzakirə edib