Zaporojyedə mülki avtomobil karvanına raket zərbəsi endirilib, azı 23 nəfər ölüb

Zaporojyedən çıxışda növbə tutan mülki avtomobil karvanına raket zərbəsi endirilib, nəticədə azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxa bildirib.

“Hazırda 23 ölü, 28 yaralının olduğu məlumdur. Həlak olanların hamısı mülki şəxslərdir”, – deyə o qeyd edib.

ƏvvəlkiABŞ İrana qarşı sanksiyaları genişləndirib
NövbətiMilli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat verib