Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdiriləcək

Zəfər Gününün ildönümü münasibətilə noyabrın 8-də Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdiriləcək.

“Report”un məlumatına görə, saat 20:55-dən Muzey Mərkəzinin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunacaq.

Videoproyeksiya gecə 00:00-dək davam edəcək.

Əvvəlki“Şuşa” sənədli filminin təqdimatı olub
NövbətiAstarada şəhid Orxan Babayevin xatirəsi anılıb