Astarada şəhid Orxan Babayevin xatirəsi anılıb

Astarada Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan, rayonun Kijəbə qəsəbə sakini, Daxili Qoşunların baş çavuşu Babayev Orxan Sədail oğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan danışaraq, onun vətəninə, dövlətinə sədaqətli olduğunu qeyd ediblər. Vurğulanıb ki, Orxan Babayevin mübariz döyüşçü kimi qəhrəmanlığı gənc nəsil üçün örnək olmalıdır.

Natiqlər tədbirinin sonunda şəhidin ailə üzvlərinə başsağlığı verərək, onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildiriblər.

ƏvvəlkiZəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdiriləcək
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü münasibətilə xalqımızı təbrik edib