Yasamal rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə treninq təşkil edilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Yasamal rayonunun ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqlarına narkomanlıq probleminə dair treninq keçirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, treninqdə işçi qrupunun nümayəndəsi iştirak edərək təqdimat əsasında narkotik asılılığının yaranma səbəbləri, narkotik vasitələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların bu problemə dair qabaqlayıcı tədbirlər görmələri və digər məsələlər barədə geniş məlumat verib.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan sertifikatlar, eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim olunub.

ƏvvəlkiABŞ İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını istəyir
Növbəti“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib