Yaponiya Şimali Koreyanın raket buraxılışına etiraz edib

Yaponiya hökuməti iki ballistik raketin buraxılması ilə bağlı Şimali Koreya hakimiyyətinə etiraz edib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə ifadə olunub. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər ölkənin iqtisadi zonasından kənara düşərək 350-400 km uçub. Onların uçuşunun maksimal hündürlüyü təxminən 100 km olub. Raketin qəzaya uğradığı ərazi Yapon dənizində yerləşir.

Hadisə ilə bağlı hər hansı dağıntı barədə məlumat verilməyib. Patrul gəmiləri bölgədəki gəmiləri dağıntı aşkar etdikdə onlara yaxınlaşmamağa və dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.

ƏvvəlkiBaş Prokurorluq: Bəzi sosial media subyektləri barəsində inzibati icraat başlanılıb
NövbətiAzərbaycan Milli Paralimpiya Komitəsinə yeni prezident seçilib