Yaponiya hipersəs raketi üzərində işləyir

Yaponiya Müdafiə Nazirliyi 3 000 kilometrə qədər partlayıcı maddə daşıya bilən bir neçə uzaqmənzilli raketlər hazırlayır və onları 2030-cu illərdə yerləşdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Japan Today” nəşri məlumat yayıb.

Hökumət 2030-cu illərin əvvəlinə qədər 2 000 km mənzilli raketin yaradılmasını və kütləvi istehsalına başlamağı ümid edir. KXDR və Çinin bəzi bölgələrində istənilən nöqtəyə çata bilən 3 000 km mənzilli hipersəs raketi təxminən 2035-ci ilə qədər ölkənin arsenalına daxil olacaq.

ƏvvəlkiFHN: Bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən partlayışla əlaqədar cinayət işi açılıb
NövbətiAvropa Parlamenti korrupsiyayla bağlı 2 deputatın toxunulmazlığının ləğvi proseduruna başlayıb