FHN: Bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən partlayışla əlaqədar cinayət işi açılıb

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayışla əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

ƏvvəlkiÖmər Çəlik: PKK terror təşkilatı Fransa tərəfindən birbaşa himayə olunur
NövbətiYaponiya hipersəs raketi üzərində işləyir