Yanvarın 7-də Azərbaycanda COVID-19 əleyhinə 826 vaksin vurulub

Yanvarın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 826 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 519, ikinci doza vaksinlərin sayı 68, üç və daha çox doza vaksinlərin sayı 183, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 56-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 934 min 743, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 385, ikinci mərhələ üzrə 4 milyon 875 min 899, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 696, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 763-dür.

ƏvvəlkiSabah çovğun ehtimalı var
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 120 yoluxma faktı qeydə alınıb