Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 120 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 382 nəfər müalicə olunaraq sağalıb, 10 min 17 nəfər vəfat edib. Aktiv xəstə sayı 404 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 459, bu günə qədər isə ümumilikdə 7 milyon 441 min 759 test icra olunub.

ƏvvəlkiYanvarın 7-də Azərbaycanda COVID-19 əleyhinə 826 vaksin vurulub
NövbətiNaxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstəriləcək