Yanvarın 19-da Azərbaycanda COVID-19 əleyhinə 387 doza vaksin vurulub

Yanvarın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 387 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 152, ikinci doza vaksinlərin sayı 56, üç və daha çox doza vaksinlərin sayı 144, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 35-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 938 min 983, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 619, ikinci mərhələ üzrə 4 milyon 876 min 483, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 849, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 32-dir.