Türkiyə NATO-nun hərbi-dəniz komponentinə komandalıq edəcək

Türkiyə Hərbi Dəniz Qüvvələri NATO-nun Çevik Reaksiya Qüvvələrinin hərbi-dəniz komponentinə komandalıq edəcək.

Trend-in məlumatına görə, hər il rotasiya əsasında 5 ölkənin Türkiyə ilə birlikdə icra etdiyi NATO-nun komponent Komandanlığı bu il Böyük Britaniyadan Türkiyəyə keçdi.

Məlumata əsasən, bu vəzifə 2024-cü ilin yanvarın sonunadək Türkiyə Yüksək Hazırlıq Dəniz Missiyası Qüvvəsi (TURMARFOR) tərəfindən həyata keçiriləcək.

31 dekabr 2023-cü il tarixinədək həyata keçiriləcək bu vəzifə daha sonra İtaliyaya keçəcək.

ƏvvəlkiYanvarın 19-da Azərbaycanda COVID-19 əleyhinə 387 doza vaksin vurulub
NövbətiAzərbaycan-Moldova gənclər forumu keçirilib