Azərbaycanda koronavirusa daha 46 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 80 nəfər müalicə olunaraq sağalıb, 10 min 64 nəfər vəfat edib. Aktiv xəstə sayı 427 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 114, bu günə qədər isə ümumilikdə 7 milyon 466 min 384 test icra olunub.

ƏvvəlkiEkoaksiya: Etirazçılar gecə saatlarında da fəaldırlar
NövbətiYanvarın 19-da Azərbaycanda COVID-19 əleyhinə 387 doza vaksin vurulub