Yağıntılar tədricən kəsiləcək, yollar buz bağlayacaq

Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində yanvarın 11-dən 12-nə keçən gecə havanın az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 784 millimetr civə sütunundan 781 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacağı ehtimal edilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

ƏvvəlkiX Qlobal Bakı Forumunun vaxtı açıqlanıb
NövbətiŞəmkir-Gədəbəy yolunda hərəkət çətinləşib