Şəmkir-Gədəbəy yolunda hərəkət çətinləşib

Güclü qar səbəbindən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət çətinləşib.

“Report”un Qərb bürosunun məlumatına görə, bu səbəbdən yol təsərrüfatı işçiləri ərazilərə səfərbər olunub.

Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yollarda müvafiq tədbirlər görülür.

Şəmkir-Gədəbəy avtomobil yolunda həmçinin, Şəmkir-Kür qəsəbəsi, Şəmkir-Tatarlı və Şəmkir-Yeni Göyçə və Şəmkir şəhər avtomobil yollarında nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün yollara duz qarışıq qum səpilib. Hazırda bu işlər davam etdirilir. Anoloji işlər Bakı-Qazax magistral yolunun Qərb bölgəsindən keçən hissələrində də görülür.

Yolların buzlanması səbəbindən Şəmkir rayonu ərazisində 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alanlar olub.

Qeyd edək ki, Şəmkir rayonunda əhalinin elektrik enerjisi və təbii qazla təchizatındada isə problemlər müşahidə olunmayıb. Yalnız bəzi ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.

Görülən tədbirlər nəticəsində həmin ərazilərdə işıqın verilişi bərpa olunub.

Hazırda bölgədə qarlı və şaxtalı hava şəraiti müşahidə olunur.

ƏvvəlkiYağıntılar tədricən kəsiləcək, yollar buz bağlayacaq
NövbətiAzərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb