Xudafərin və Qız Qalası su anbarlarında tikinti başa çatmaq üzrədir

Yaxın vaxtlarda Xudafərin və Qız Qalası su anbarları istifadəyə veriləcək.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, hər iki anbarda tikinti işləri başa çatmaq üzrədir: “Anbarların su ilə doldurulması təmin olunacaq. Hər iki anbar Azərbaycan və İran ərazisində birlikdə istifadə olunacaq. Hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq”.

ƏvvəlkiEIB Serbiyaya TAP qazının nəqli üçün kəmərin inşasına 25 mln avro ayırıb
NövbətiÇində ard-arda dörd zəlzələ olub, ölənlər və yaralılar var