Çində ard-arda dörd zəlzələ olub, ölənlər və yaralılar var

Çinin paytaxtı Pekin şəhərindən şimal-qərbdə yerləşən Çinqhay vilayətində güclü zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.

Qoloq-Tibet muxtar rayonunda 7,4 bal gücündə zəlzələ yerli vaxtla saat 02:04-də (Bakı vaxtı ilə 22:05) qeydə alınıb. Onun ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Ölkənin cənub-qərbindəki Yünnan vilayətində də bir neçə yeraltı təkan qeydə alınıb. İlk zəlzələ 5,6 bal gücündə baş verib. Onun ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Ərazidə daha sonra, 6,4 bal və 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə yer səthindən 8 kilometr dərinlikdə olub. Son məlumata görə, zəlzələ nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.

ƏvvəlkiXudafərin və Qız Qalası su anbarlarında tikinti başa çatmaq üzrədir
NövbətiAzərbaycan Ordusunun əsgəri Kəlbəcərdə vəfat edib