Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib

Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat
Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı
şəhər və qrup müəyyənləşib. Hollandiyanın Apeldorn şəhərində baş
tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8
ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına
Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə
axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa
millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya,
Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi
Olimpiadaya bilet sifariş edəcək.
Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı
Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika,
Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü
yoxlayacaq. Azərbaycan millisinin oyunlarının təqvimi.
07.01.2020 19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
08.01.2020 22:30. Bolqarıstan – Hollandiya
09.01.2020 19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10.01.2020 23:00. Polşa – Azərbaycan

07.01.2020 16:00. Almaniya – Türkiyə
08.01.2020 16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika – Almaniya
09.01.2020 16:00. Belçika – Xorvatiya
10.01.2020 16:30. Almaniya – Xorvatiya
19:30 Türkiyə – Belçika

11.01.2020 20:15 A1 – B2
23:45. B1 – A2

ƏvvəlkiUNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib
NövbətiQondarma erməni soyqırımının tanınması ədalətsizlikdir