“Vietnam Airlines”in təyyarəsi Bakı hava limanında təcili eniş edib

“Vietnam Airlines” aviaşirkətinin hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Frankfurt-Xo Şi Min reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

“Boeing B787” təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

ƏvvəlkiBakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Növbəti“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qalıb