“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Hacıqabul rayonunda icra etmişdir

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” adlı layihəsinin icrasını Hacıqabul rayonunda həyata keçirmişdir.

24 avqust 2023-cü il tarixində Hacıqabul rayonunda baş tutan tədbiri giriş sözü ilə açan Hacıqabul rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin böyük məsləhətçisi Azər Şirinov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin hüquqlarının təmini sahəsində dəstəyin verilməsinin önəmini vurğulamış və layihənin icrasının uğurlu olmasına əminliyini ifadə etmişdir.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, layihənin eksperti qismində iştirak edən Araz Nurməmmədov vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin müraciətlərini dinləmiş, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərini hazırlanması üçün qeydlər aparmışdır.

Hacıqabul rayonunda baş tutan tədbir əsnasında rayon icra hakimiyyəti rəhbərliyinin vətən müharibəsi iştirakçıları, veteranlar və fiziki məhdudiyyətli şəxslərin sosial problemlərinin həllində yaxından iştirak etdiyi, əksər həssas qrupların iş və mənzil ilə təmini sahəsində ürəkaçan fəaliyyəti həssas qrupun üzvləri tərəfindən xüsusilə vurğulanmışdır.

Layihədən faydalanmaq istəyən həssas qrupun üzvləri facebook (pulsuz hüquqi xidmət səhifəsi), whatsApp ((055) 858-55-59) sosial şəbəkələr üzərindən layihəyə cəlb olunmuş vəkil Araz Nurməmmədov ilə əlaqə saxlaya bilərər.

Əvvəlkiİsrailin müdafiə naziri BMT-nin Baş katibi ilə görüşəcək
Növbəti31 il sonra meyitinin qalıqları Daşaltıda tapılmış Adil Niftəliyevlə vida mərasimi keçirilir