İsrailin müdafiə naziri BMT-nin Baş katibi ilə görüşəcək

İsrailin müdafiə naziri Yoav Qalant Nyu-Yorka səfər edəcək və orada BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında gözlənilən danışıqların mövzusu bəlli deyil. Qalant Nyu-Yorka səfəri zamanı İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanla da görüşəcək.

Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının səfirlərinə təhlükəsizlik vəziyyəti ilə bağlı hesabat təqdim edəcək.

ƏvvəlkiDardanel boğazının tək istiqamətli olaraq gəmilərin hərəkəti üçün açılması nəzərdə tutulub
Növbəti“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Hacıqabul rayonunda icra etmişdir