31 il sonra meyitinin qalıqları Daşaltıda tapılmış Adil Niftəliyevlə vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılmış Niftəliyev Adil Kamal oğlu ilə vida mərasimi keçirilir.

“Report”un Şimal bürosu xəbər verir ki, vida mərasimi Xaçmaz rayonunun Kiçik Baraxum kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn ediləcək.

Əvvəlki“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını Hacıqabul rayonunda icra etmişdir
NövbətiGörkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək