Hadı Rəcəbli ilə vida mərasimi keçirilir

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

“Report”un xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, H.Rəcəbli 76 yaşında vəfat edib.

ƏvvəlkiPrezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
NövbətiTeleaparıcı Aytən Səfərova yol qəzasına düşüb, ölən və xəsarət alan var