Uesli So Maqnus Karlseni məğlub edərək “Opera Euro Rapid” turnirinin qalibi olub

“Champions Chess Tour” seriyasının üçüncü mərhələsi – “Opera Euro Rapid” turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, ABŞ təmsilçisi Uesli So hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni finalda məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, yarışda üçüncü yeri Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravı məğlub etməklə qazanıb.

Xatırladaq ki, seriya çərçivəsində keçirilmiş birinci turnirin – “Skilling Open”in qalibi də Uesli So olub. Seriyanın ikinci – “Airthings Masters” turnirində isə Teymur Rəcəbov birinci yeri tutub. Azərbaycanlı qrossmeyster turnirin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib.

ƏvvəlkiDövlət başçısı: “Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi”
NövbətiDövlət qurumlarının əməkdaşlarının peyvənd olunmasına başlanılıb