Türkiyə tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçirilib

Türkiyə tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə gəmi təlimatçılarının hazırlanmasına dair təlim keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“İki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edirik”.

ƏvvəlkiPekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 16-cı olub
NövbətiGələn ay Azərbaycanda bayramlara görə 9 gün iş olmayacaq