Pekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 16-cı olub

Pekin-2022 Qış Olimpiya Oyunlarında qadın fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Yekaterina Ryabova 30 idmançı arasında 61,82 xalla 16-cı olub.

19 yaşlı idmançı “24-lüy”ə düşdüyündən fevralın 17-də sərbəst proqramda iştirak hüququ qazanıb.

Qısa proqramda birinci yeri Rusiya Olimpiya Komitəsinin təmsilçisi Kamilə Valiyeva tutub. Adı dopinq qalmaqalında hallanan tatarıstanlı idmançı 82,16 xal toplayıb. Onun həmyerlisi Anna Şerbakova 80,20 xalla ikinci, yaponiyalı Kaori Sakamoto isə 79,84 xalla üçüncü olub.

ƏvvəlkiCəlilabadda şəhid ailələrinə, qazilərə orden və medallar təqdim olunub
NövbətiTürkiyə tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçirilib