Türkiyə Prezident Administrasiyasında Azərbaycan Prezidenti ilə bağlı fotosərgi nümayiş olunub

Bu gün Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının foyesində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bağlı fotosərgi nümayiş olunub.

“Report”un Ankara bürosunun xəbərinə görə, sərgi Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi çərçivəsində baş tutub.

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar, Silahlı Qüvvələrin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar sərgi ilə tanış olublar.

Sərgidə “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabı ilə yanaşı, nəfis tərtibatlı “Şuşa” kitabı, Türkiyə və Azərbaycan Prezidentlərinin bir araya gəldikləri tədbirləri əks etdirən fotolar, iki ölkənin qardaşlığını simvolizə edən şəkillər də yer alıb.

Əvvəlki“Bayraktar Akıncı” yeni yerli yönləndirmə dəsti ilə hədəfə dəqiq vuruş edib
NövbətiŞavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib