Bakıda böyük Qələbəyə həsr olunmuş fotosərgi açılıb

Mayın 4-də Bakıdakı Rus Evində (RİMM) “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!” adlı fotosərgi açılıb.

RİMM-dən AZƏRTAC-a verilən məlumata görə, sərgi “Zabitlər klubu” Hərbi Xidmət Veteranlarına Dəstək Regional İctimai Təşkilatı və “Zamanın keşikçiləri” Muxtar Qeyri-Kommersiya Təşkilatı tərəfindən Rusiyanın müxtəlif muzeylərinin təqdim etdiyi muzey əşyalarının fotosurətləri əsasında hazırlanıb.

Ekspozisiyada SSRİ qüvvələrinin səfərbər olunması, mülki əhalinin soyqırımı, xalqın əmək şücaəti, partizan hərəkatı, habelə qələbəni yaxınlaşdırmağa kömək edən heyvanlardan bəhs edən bir neçə bölmə təqdim edilib.

Qeyd edək ki, İkinci Dünya müharibəsi bütün insanlar üçün ağır sınaq olub. Bütün sovet xalqının titanik səyləri sayəsində böyük Qələbə qazanılıb.

ƏvvəlkiAzərbaycanda koronavirusa 963 yeni yoluxma faktı qeydə alınıb
NövbətiBöyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri məlum oldu