Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin fotosərgisi açılıb

Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin fotosərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar artist, kinorejissor Elxan Qasımov çıxış edərək Azərbaycan kinematoqrafiyasının keçdiyi uzun və zəngin yaradıcılıq yolunda Pərviz Quliyevin əvəzsiz xidmətlərindən danışdılar.

Sonra tədbir iştirakçıları XX əsrdə lentə alınmış Azərbaycan filmlərinin kadrarxası fotolarından ibarət sərgi ilə tanış oldular.

Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin yaradıcılığını əks etdirən sərgi iki gün ziyarətçilər üçün açıq olacaq.

ƏvvəlkiAzərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
NövbətiMilli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilir