“Türk Hava Yolları”na məxsus təyyarə İstanbulun “Atatürk” hava limanına təcili eniş edib

“Türk Hava Yolları” aviaşirkətinə məxsus B777-F tipli yük təyyarəsi İstanbulun “Atatürk” hava limanından havalandıqdan qısa zaman sonra geri dönərək təcili eniş edib.

AZƏRTAC xəbər verir ki, təyyarənin enmə səbəbi quş sürüsü ilə qarşılaşması nəticəsində gövdəsində yaranan nasazlıq olub. Şirkətdən bu barədə verilən açıqlamada TK6220 saylı karqo təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət etdiyi bildirilib.

ƏvvəlkiXaricdə təhsil almaq hüququ qazanan tələbələrin sayı açıqlanıb
Növbətiİlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər