Xaricdə təhsil almaq hüququ qazanan tələbələrin sayı açıqlanıb

2020-2021-ci tədris ilində 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, 2020-2021-ci tədris ilində Hökumətlərarası təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququndan yararlanacaq.

ƏvvəlkiAzərbaycan peyk xidmətlərinin ixracından əldə olunan gəliri artırır
Növbəti“Türk Hava Yolları”na məxsus təyyarə İstanbulun “Atatürk” hava limanına təcili eniş edib