Texniki Universitetinin tələbələri Biləcəri dəmir yolu stansiyasında işlə təmin olunacaqlar

Azərbaycan Texniki Universitetinin (AzTU) dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına infoturu keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, stansiyanın rəis əvəzi, AzTU-nun məzunu Elmar Məmmədov tur ərzində tələbələrə 3 parkdan ibarət stansiya və “ADY SMART” əməliyyat sistemi haqqında ətraflı məlumat verib. Bildirilib ki, müvafiq vakansiyalar üzrə AzTU-nun tələbələri Biləcəri dəmir yolu stansiyasında işlə təmin olunacaqlar.