“Rəsmlərdə Nəsimi” – Rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olmuş Firuzə Süleymanovanın “Rəsmlərdə Nəsimi” – rəsm müsabiqəsi dekabrın 25-dən 29-na qədəAzərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunmuşdur. Tədbirin açılışı və təqdimatı dekabrın 25-i baş tutmuşdur.  Azərbaycann mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar olaraq, dahi şəxsiyyət İmadəddin Nəsimi barəsində daha ətraflı məlumatın gənclər arasında təbliği və bununla yanaşı rəsm müsaqibəsinin həyata keçirilməsi ilə nəzərdə tutulub. Müsaqibənin digər məqsədi, İmadəddin Nəsiminin daha dəqiq təsviri və təbliği sahəsində iştirakçılar arasında rəqabətin artırılmasıdır. Layihə çərçivəsində incəsənət sahəsinə maraqlı olan istedadlı 20 gənc seçilərək layihədə iştirak ediblər. Tədbirdə iştirakçılara layihənin ətraflı təsviri, eləcədə Nəsimi və onun yaradıcılığı haqqında ilkin məlumat verilib.

Tədbirin layihə rəhbəri Firuzə Süleymanova Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə geniş şəkildə keçirilən tədbirlər kimi, Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərcivəsində keçirilən bu tədbirin də böyük əhəmiyyətə malik olduğunu bildirib. Tədbirin təlimçisi Firuz Süleymanov layihənin vacibliyini vurgulamış və İmadəddin Nəsimi yaradıcılığı haqqında ətraflı məlumat vermiş və müsabiqəyə hazırlıq formatlı kiçik fəaliyyət təşkil etmişdir. Tədbirin qonağı ADRA nəzdində Incəsənət kollecinin müəllimi Fərəhbanu Əmirova da, Nəsimi yaradıcılığı ilə bağlı keçirdiyi rəsm sərgilərindən, tələbələrinin bu cür tədbirlərə böyük marağının olduğunu söyləyib və həmçinin də tədbirin digər qonağı Bakı Slavyan Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə tələbəsi Aliyə Məmmədova da, İmadəddin Nəsiminin “Hardasan” qəzəlini  səsləndirib.

Layihə rəhbəri Firuzə Süleymanova iştirakçılara müsabiqənin ikinci günü, müsabiqənin şərtləri barədə daha ətraflı məlumat vermişdir. Tədbirin iştirakçıları rəssamlıq və təsviri incəsənət haqqında məlumat əldə edib, rəssamlıq ləvəzimatları ilə, boya və fırçayla nəzəri ilkin istifadə qaydasıyla tanış olublar. Eyni zamanda Azərbaycan və dünya rəssamlarının rəsm əsərlərindən ibarət slayd da göstərilib və eləcə də, müxtəlif üslubda rəsm əsərlərinin çəkilməsini izləyiblər.

Tədbirin qonağı Bakı Slavyan Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə tələbəsi Aliyə Məmmədova və təlimçi Firuz Süleymanovda tədbirdə iştirak edərək, tədbirə maraq qatıblar. Təlimçi Firuz Süleymanov iştirakçılar arasında rəssamlıq və Nəsimi yaradıcılığıyla baglı kiçik oyun təşkil etmişdir. Eyni zamanda tədbirin gedişində bir neçə müsabiqələrdə iştirak etmiş gənc yazar, qiraətçi Cəmil Cəmilbəyli, Nəsimi yaradıcılığından qəzəl səsləndirib. Bu da tədbir iştirakcılarının böyük marağına səbəb olub.

Rəsm müsabiqəsinin üçüncü günü, müsabiqə mərhələsi keçirilmişdir. Tədbirə böyük maraq oldugundan tələbələrlə yanaşı müəllimlər və yuxari sinif şagirdləri də işitrak etmişdir.

Tədbir iştirakçıları müsabiqə üçün lazım olan rəssamlıq ləvazimatları: sulu boya, malberd, yağlı boya, kətan tablo, fırça dəsti, akvarel kağız, karandaş dəsti və s. ilə təmin olunmuşlar. Nəsimi yaradıcılığının tablo, kətan, kagız üzərində qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, kompüter qrafikası və s. ilə çəkilməsi baş tutmuşdur. Tədbirdə təlimçi Firuz Suleymanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri incəsənət müəllimi, Bayram Qasımxanlı istirak etmiş, iştirakçıların İmadəddin Nəsiminin yaradıclığından ilhamlanmış əsərlərinə baxmış və iştirakçılara öz töhvəsini vermişdir.  Bu cür tədbirlərin keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi, Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan mədəniyyətinə, inəsənət və yaradıcılığına ədəbiyyatına, verilən dəyər kimi yüksək qiymətləndirilir. Sonda iştirakçıların çəkdikləri əsərlərə layihə rəhbəri Firuzə Süleymanova ilkin baxış keçirmişdir.

Müsabiqənin dördüncü günü, iştirakçılar təmin olunduqları rəssamlıq ləvazimatları ilə rəsm əsərlərinin yekun işlərini gördükdən sonra, çəkilmiş rəsm əsərlərinin yekunlaşdırılması olmuşdur. Ilkin baxış və qiymətləndirmə ediləndən sonra, ərsəyə gəlmiş rəsm əsərlərinin və hazırlanmış işlərin layihənin komandası və qonaqlar ilə müzakirəsi baş tutmuşdur. Sonda komanda tərəfindən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri incəsənət və dizayn kafedrasinin müəllimləri və tədbirin qonağı, ADRA nəzdində Incəsənət kollecinin müəllimi Fərəhbanu Əmirova tərəfindən yekun qiymətləndirmə aparılmışdır.

Layihənin sonuncu günündə tədbir iştirakçılarının mükafatlandırılması, sertifikat ve diplomların verilməsi baş tutmuşdur. Həmçinin də tədbir iştirakçıları çəkdikləri rəsm əsərlərinin mövzüsunu və işlənmə texnikasından bəhs etmişlər. Müsabiqədə müvafiq yerləri tutan ilk üç iştirakçı isə rəssamlıq ləvazimatları və diplomla təltif olunmuşdur. Eləcə də müsabiqədə çəkdikləri rəsm əsərlərinə, kompozisyasına  görə fərqlənən üç iştirakçı isə rəssamlıq ləvazimatları  və sertifikatla təltif olunub. Əlavə olaraq sonda bütün iştirakçılara iştirak etdiklərinə dair  sertifikat verilmişdir. Tədbir iştirakçıları tədbirdən məmnun qaldıqlarını, bu cür layihələrin həm onların özlərini, həm də öz incəsənət bacarıqlarını inkişaf etdirmələrində boyük rol oynadığını  və həmçinin də dahi mütəfəkkirimiz İmadəddin Nəsimi haqqında yeni biliklər əldə etmələrini dilə gətirmişlər. Yekun olaraq, sonda layihənin bağlanış mərasimi keçirilmiş, təşkilatçı komanda və tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.

#AzGF #GenclerFondu

ƏvvəlkiBu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır
NövbətiTexniki Universitetinin tələbələri Biləcəri dəmir yolu stansiyasında işlə təmin olunacaqlar