Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

Sentyabrın 30-dan “Azərbaycan Dəmir Yolları” QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.

ƏvvəlkiQərbi Azərbaycana qayıdışla bağlı komissiya yaradılır
NövbətiTailandın Baş naziri Çindən vizasız gələn ilk turistləri qarşılayıb